Amerikada iş və səyahət imkanı

Work and Travel USA (Amerikada iş və səyahət) Proqramı Amerika Dövlət Departamenti tərəfindən idarə edilən, dünyanın müxtəlif yerlərindən tələbələrin yay tətili ərzində Amerika Birləşmiş Ştatları işləyib ingilis dilini təkminləşdirmək imkanları verən, dünyanı və fərqli mədəniyyətləri tanımalarını təmin edən bir tələbə mübadilə proqramıdır.

Proqram haqqında

Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada iş, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir.

Şərtlər

Work and Travel proqramının əsas şərtləri bunlardır:

  • 18-25 yaş arası olmaq
  • Ali məktəblərin birinin tələbəsi olmaq. Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir.
  • Ən azı orta səviyyədə ingilis dilini bilmək. (Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir.)
  • Ali məktəb qiymətlərinin normal olması.
amerikada iş

Proqramın faydaları

Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir. Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.

  • Saat başı təqribən 6-12 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı.
  • Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq.
  • Amerikada qalınan 3 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək.
  • Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq.
  • Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasinda nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq.

Proqram şərtləri:

Work and Travel USA proqramına qatılmaq üçün ciddi şərtlər tələb olunmadığından, dünyanın hər bir yerindən, hər il təxminən 150.000 tələbə iştirak edir. Proqram üçün tələb olunan ən önəmli şərt, iştirakçının tələbə olmasıdır. Proqramda yalnız əyani şöbədə oxuyan tələbələr yararlana bilər. Digər bir şərt isə,tələbənin orta səviyyədə ingilis dilini bilməsi hesab olunur. Bu əsasən tələbələrin Amerika Birləşmiş Ştatlarında öz fikirlərini sərbəst ifadə etməsi üçün lazımdır.

Qaynaq.